AZ

Tunisdə fövqəladə vəziyyət ilin sonuna qədər uzadılıb

Bakı, 31 yanvar, AZƏRTAC

Tunis Prezidenti Kays Sayid ölkədə fövqəladə vəziyyətin ilin sonuna qədər uzadıldığını elan edib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu qanun hakimiyyətə bir sıra müstəsna səlahiyyətlər verir. Bunlara ev həbsləri, rəsmi görüşlərin qadağası, komendant saatı, media və mətbuata nəzarət və məhkəmə hakimiyyətinin icazəsi olmadan media senzurası tətbiq etmək aiddir.

Qeyd edək ki, Tunisdə fövqəladə vəziyyət ilk dəfə 2015-ci il noyabrın 24-də Prezidentin mühafizə xidmətinin əməkdaşlarına qarşı silahlı hücumdan sonra elan edilib. İnsident nəticəsində 12 nəfər həlak olmuş, təhlükəsizlik xidmətinin 16 əməkdaşı isə yaralanmışdı.

Seçilən
7
azertag.az

1Mənbələr