AZ

Yeniyetmə borcuna görə küçədə qadına hücum etdi

Altayın Barnaul rayonunda quldurluqda şübhəli bilinən 15 yaşlı yeniyetmə barəsində cinayət işi açılıb.

News24.az xəbər verir ki, yanvarın 30-da yeniyetmə dostuna olan borcunu ödəmək məqsədilə küçədə qadına hücum edib. Qadının kürəyinə bıçaq zərbəsi endirib və pul kisəsini götürüb, lakin qurbanın əri onun qaçmasına mane olub. Yaralı qadın sağ qalıb, bıçaq heç bir həyati təhlükə yaradan orqanına dəyməyib.

Yeniyetmə saxlanılıb, istintaq onun həbs edilməsi üçün vəsatət hazırlayır.

Ağa Dadaşzadə


Seçilən
19
news24.az

1Mənbələr