AZ

Məşhur aktyor vəfat etdi

İstanbul Şəhər Teatrının sənətçilərindən Sezai Altekin 79 yaşında dünyasını dəyişib.

News24.az xəbər verir ki, 1966-cı ildən təqaüdə çıxana qədər şəhər teatrlarında çalışan Sezai Altekin teatr aktyorluğu ilə yanaşı televiziya, kino və səs işlərində də çalışıb. "Böyle Bitmesin", "Tatar Ramazan", "Paşa Gönlüm", "Yusuf Yusuf", "Adsız Aşıklar" və s. kimi bir sıra məşhur seriallarda rol alıb.

79 yaşında dünyasını dəyişən Altekin bu gün Bodrum Gündoğanda son səfərinə yola düşəcək.

Günel Məlikzadə

Seçilən
17
12
news24.az

10Mənbələr