AZ

"Həmas" və İsrail arasında baş tutan əsir mübadiləsi çərçivəsində 110 fələstinli azad edildi

"Həmas" və İsrail arasında baş tutan əsir mübadiləsinin üçüncü raundu çərçivəsində 110 fələstinli azad edilib. Məlumata görə, əsir mübadiləsi çərçivəsində 30-u uşaq olmaqla, ümumilikdə 110 fələstinli məhbus azad olunub.

Azad edilən 110 əsirdən 66-sı Ramallaha, 15-i Şərqi Qüdsə, 29-u isə Qəzzaya çatıb.

Əsir mübadiləsinin üçüncü raundunda Qəzza zolağında əsir olan israilli qadın əsgər Agam Berger, ikinci raunddan sonra böhrana səbəb olan Arbel Yehud, 80 yaşlı mülki əsir Qadi Moses və 5 Tailand vətəndaşı da azad edilib.

Xatırladaq ki, yanvarın 19-da tərəflər arasında atəşkəsə dair razılaşma əldə olunub.

Əsir mübadiləsinin ilk iki raundunda cəmi 290 fələstinli və 7 israilli əsir azad edilib



Seçilən
18
trt.net.tr

1Mənbələr