AZ

Tanışlarınızın səsi süni intellektlə hazırlana bilər – Xəbərdarlıq


Onlayn yolla vətəndaşların bank kartlarının talanması ilə bağlı kiberdələduzların son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə etdikləri müşahidə edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin kibertalama halları ilə bağlı vətəndaşlara növbəti çağırışında deyilir.
“Süni intellektin köməkliyi ilə yaxın qohumların danışıq tərzinə oxşar klonlaşdırılan səslər və elektron nömrələrdən edilən zənglərlə vətəndaşların kartlarının talanması ilə bağlı polisə məlumatlar daxil olmaqdadır.
Sizə edilən zəngdə qarşı tərəf özünü yaxın bir adamınız, ailə üzvünüz kimi təqdim edib kart məlumatlarınızı istəyirsə mütləq şəkildə dəqiqləşdirici suallar verilməlidir. Bu yolla siz qarşı tərəfdən gələn səsin süni intellekt vasitəsi ilə hazırlanıb-hazırlanmadığına əmin ola bilərsiniz.
Bir daha hər kəsə çağırış edərək bildiririk ki, bank kartı məlumatlarınızı dəqiqləşdirmə aparmadan heç kimlə bölüşməyin”, - məlumatda deyilir.
Seçilən
8
16
yeniavaz.com

10Mənbələr