AZ

Ermənistan MTX “Respublika” meydanında iranlıların “Can Qarabağ” mahnısını oxumalarını şərh edib

Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvanın “Respublika” meydanında bir qrup azərbaycanlı tərəfindən həyata keçirilən “təxribatı” şərh edib...

Poliqon xəbər verir ki, yanvarın 30-da axşam saatlarında erməni internet resurslarında bir qrup kişinin meydanda “Qarabağ, can Qarabağ” mahnısını yüksək səslə oxumasını əks etdirən video yayılıb. Videonun alt yazılarında onların azərbaycanlı olduqları bildirilir.

Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti bəyanat yayaraq, bu insanların “iranlı” olduğunu və yayılan mesajın “etibarsız və yoxlanılmamış” olduğunu bildirib.

“Yanvarın 30-da axşam saatlarında internetdə geniş yayılan video ilə əlaqədar bildirilirik ki, videoda təsvir olunan şəxslər əslində İran İslam Respublikasının vətəndaşlarıdır. Həmin şəxslər 2024-cü il dekabrın 30-dan bu il yanvarın 3-dək Ermənistan Respublikasında olublar”, deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında bildirilir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti insanları etibarsız və yoxlanılmamış məlumat və şərhləri dərc etməkdən çəkinməyə çağırıb.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr