Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp daha əvvəl verdiyi açıqlamalarını təkrarlayaraq Misir və İordaniyanın fələstinliləri qəbul etməsinin vacibliyini vurğulayıb. Donald Tramp Ağ Evdə jurnalistlərin cari məsələlərə dair suallarını cavablandırıb.
Jurnalistin Misir və İordaniyanın Qəzza xalqını ölkələrinə qəbul etməyəcəklərinə dair açıqlamalar verdiyini bildirməsinə münasibət bildirən Donald Tramp: "Bunu edəcəklər, bunu edəcəklər. Biz onlar üçün çox şey etmişik, onlar da bunu edəcəklər" – deyə cavab verib.
Donald Tramp daha əvvəl mövzu ilə bağlı açıqlamasında Qəzzada ciddi dağıntıların olduğunu qeyd etmiş və fələstinlilərin Misir və İordaniyaya yerləşdirilə biləcəyini təklif etmişdi.