AZ

İngiltərəli hərbçi məşuqəsinə hədiyyə almaq üçün dövlət əmlakını oğurlayıb

Britaniya məhkəməsi hərbçini fırıldaqçılıq ittihamı ilə üç il həbs cəzasına məhkum edib. O ofis avadanlığını oğurladıqdan sonra məşuqəsinə bahalı hədiyyələr almaq üçün internet vasitəsilə satıb.

Herbiand.az bildirir ki, bu barədə “Times” qəzeti yazıb.

Məlumata görə, dəymiş ziyanın məbləği təxminən 500 min funt sterlinq təşkil edib.

"Məşuqəsinə dəbdəbəli hədiyyələr almaq və bayramları ödəmək üçün təxminən 500 min funt-sterlinq dəyərində hərbi avadanlıq oğurlayan Britaniya ordusunun kvartirmesteri həbs edilib", - qəzet yazır.

17 il orduda xidmət edən, evli, üç uşaq atası olan 45 yaşlı müttəhim Jed Şarlot məşuqəsinə zəngin olduğunu dedikdən sonra eBay-də satmaq üçün printerlər və katriclər kimi əşyaları oğurlamağa başlayıb. Pullar Louis Vuitton çantaları, İsveçrə Tag Heuer saatları və Montblanc qələmləri kimi hədiyyələrin alınmasına sərf olunub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
25
herbiand.az

1Mənbələr