“Qarabağ”ın üzvü Mateuş Koxalski UEFA Avropa Liqasının Liqa mərhələsində ən çox qurtarış edən qapıçıların siyahısında qərarlaşıb.
Publika.az xəbər verir ki, bu, UEFA-nın açıqladığı rəsmi statistik göstəricilərdə əks olunub.
24 yaşlı qolkiper 29 qurtarışla yadda qalıb. Polşalı bu göstəriciyə görə beşinci pillədə qərarlaşıb.
Birinci sırada “Elfsborq”un (İsveç) “çərçivə qoruyucusu” İsak Pettersson yer alıb. O, 37 qurtarış edib.