AZ

AŞPA erməni cinayətkarlarını müdafiə edən çağırış edir- ÖZƏL

"AŞPA Azərbaycanla bağlı  Qətnamədə Azərbaycanda demokratiyanın, qanunun aliliyinin və insan hüquqlarının getdikcə pisləşməsi ilə bağlı çağırışlar edib. Bu, AŞPA -nın əsas prinsiplərdi. Amma, Azərbaycana qarşı işğal, soyqırım, vandalizm, hərbi cinayət törədən erməni  separatçıların azad olunması ilə bağlı çağırışı prisipsizliyini ortaya qoyur".  "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Azərbaycan xalqı haqlı olaraq AŞPA -nınn bu qətnaməsini və çağırışını ciddi qəbul etmir. AŞPA-nın separatçı hərbi cinayətkarlarla bağlı çağırışı bu qurumun fəaliyyətinə kölgə salmış olur. Bu qurumun yalnız öz maraqları kontekstində çalışdığını göstərir. AŞ PA Azərbaycan xalqının hüquqları ilə bağlı çağırışını,  erməni hərbi cinayətkarları ilə bağlı paralel aparmaqla Azərbaycan xalqına qarşı hörmətsizliyidir. Bu qurumda oturanlar Fransanın geosiyasi maraqlarını müdafiə edir və Ermənistanın cinayətlərini görməzdən gəlir. Ona görə də AŞPA bir qurum kimi etimadını zəiflədib. 
Avropa İttifaqı Rusiya -Ukrayna müharibəsində belə bir qeyri-konstruktiv mövqe sərgiləyir. AŞPA reallıq hissini itirib. Ermənistan hakimiyyəti Bakıdakı erməni hərbi cinayətkarları müdafiə etmir. AŞPA özü üçün problemlər axtarır. Görünür, AŞPA Azərbaycanla əlaqələrin bərpasında maraqlı deyil. Erməni separatçılari ilə bağlı çağırış edəndə Bakıda sərt reaksiya doğuracaqlarinin fərqindədirlər. Azərbaycanda daima insan hüquqları, demokratiya ilə bağlı iki qurum arasında fikir ayrılıqları olub. Amma, Qarabağ müharibəsindən sonra AŞPA Azərbaycanla bağlı problemlər axtarmağa başladı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
3
olaylar.az

2Mənbələr