AZ

Türk silahına ciddi tələbat var: Niyə belədir?

Türkiyənin hərbi sənayesi sürətlə inkişaf edir. Maraqlıdır ki, türk silahına ciddi tələbat var. Niyə belədir? Çünki əksər müsəlman ölkələri Qərb texnologiyasından asılılığa son vermək istəyir. Səbəb də bəllidir.

Qərb müsəlman ölkələrinə qarşı səmimi deyil. Satdıqları silahlara nəzarət hüququnu özlərində saxlamağa çalışırlar. Yəni sən Qərbdən silahı alırsan, ancaq Qərbin icazəsi olmadan həmin silahdan istifadə edə bilmirsən. Bu isə müsəlman ölkələrini qane etmir. Eləcə də Qərbin istismar etməyə çalışdığı bir sıra xristian ölkələri də eyni aqəbətlə üzləşiblər. Elə bu səbəbdən onlar da Türkiyədən silah almağa çalışırlar...

Türk silahının üstün cəhəti həm də odur ki, bu silahlar Qərb analoqlarından ciddi şəkildə ucuzdur, keyfiyyəti isə kifayyət qədər yüksəkdir. Ən önəmlisi isə odur ki, türk silahı qələbəni təmin etmək gücündədir. Ən azı Qarabağ və Suriya buna şahiddir...

Elbəyi Həsənli

visiontv.az



Seçilən
15
visiontv.az

1Mənbələr