AZ

Pentaqon qadağadan əvvəl DeepSeek-dən istifadə edib - "Bloomberg"

Pentaqon rəsmiləri Çinin süni intellektlə işləyən DeepSeek chatbotundan qadağan olunmazdan əvvəl bir neçə gün istifadə edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, qadağa tətbiq edilməzdən iki gün əvvəl DeepSeek-dən istifadə edən işçilər müşahidə olunub.

ABŞ Müdafiə Nazirliyinin informasiya təhlükəsizliyinə nəzarət edən Müdafiə İnformasiya Sistemləri Agentliyinin çərşənbə axşamı axşam öz iş şəbəkəsində Çin internet saytına girişi blokladığı məlum olub.

Bununla belə, departament rəsmilərinin dediyinə görə, bəzi işçilərin çərşənbə günü hələ də chatbot-a girişi olub.

Seçilən
25
ikisahil.az

1Mənbələr