AZ

İqtisadiyyat Nazirliyi BMT ilə yeni çərçivə sənədinin əsas elementləri barədə

Bakı. Trend:

Hökumətin təklif etdiyi “Azərbaycan 2030: Sosial-İqtisadiİnkişafa dair Milli Prioritetlər”dəki əsas prioritetlərin yeniçərçivə sənədi ilə əlaqələndirilməsini təmin etmək vacibdir

Trend xəbərverir ki, bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyinin Dayanıqlıİnkişaf və Sosial Siyasət şöbəsinin sədri, Dayanıqlı İnkişaf üzrəMilli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Bakıda BMT vəAzərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq(2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində “Yüksək səviyyəlistrateji prioritetləşdirmə” mövzusunda keçirilən tədbirdə etdiyiçıxışda danışıb.

“BMT və Azərbaycan arasındakı münasibətlər beşillik müddətləriəhatə edən çərçivə sənədləri əsasında gerçəkləşdirilir. Cariçərçivə sənədi 2021-2025-ci illəri əhatə edir və bu il onunrealizəsi baxımından son ildir. Bu sənəd çərçivəsində iqtisadi,ekoloji və sosial sahələrdə çoxsaylı layihələr həyata keçirilib vəbu il onların icrası yekunlaşır.

Bugünki seminarın əsas hədəfi – 2026-203-cu illəri əhatə edəcəkvə cari sənədi əvəz edəcək yeni çərçivə sənədinin hazırlanmasıdır.Seminarın əsas vəzifəsi – 2025-ci il ərzində tərtib olunacaq yenisənəd çərçivəsində BMT tərəfindən gerçəkləşdiriləcək layihələrimilli prioritetlərlə əlaqələndirməkdir. Növbəti mərhələdə hökuməttərəfindən "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair milliprioritetlər" çərçivəsində müəyyən edilmiş əsas prioritetlərinuyğunlaşdırılması və birinci Dövlət Proqramı – "Böyük Qayıdış"ınəsas istiqamətlərinin yeni çərçivə sənədinə daxil edilməsivacibdir.

Bundan əlavə, sənədə beynəlxalq təşəbbüslər, xüsusilə Dayanıqlıİnkişaf Məqsədləri çərçivəsində qəbul edilmiş milli məqsəd,prioritet və indikatorlar inteqrasiya edilməlidir. Həmçinindayanıqlı maliyyələşmənin stimullaşdırılması və müvafiq layihələrindəstəklənməsi yeni çərçivə sənədinin vacib aspektlərindənsayılır”,- deyə o bildirib.

Seçilən
6
1
az.trend.az

2Mənbələr