AZ

Tehran diplomatları Beyrut hava limanından Hizbullaha pul köçürür

İran diplomatları Livanın paytaxtı Beyrut hava limanından istifadə edərək "Hizbullah"a pul köçürür.

Bu barədə "The Wall Street Journal" ABŞ rəsmisinə istinadən məlumat yayıb.

İsrail Livan Atəşkəs Monitorinq Komitəsinə etdiyi şikayətdə bildirib ki, İslam Respublikası və digər diplomatlar Hizbullahı dirçəltmək məqsədi ilə Beyrut hava limanı vasitəsilə pulla dolu çantalarla bu qruplaşmaya on milyonlarla dollar nağd pul köçürürlər.

Məlumata görə, İran İstanbuldan Beyruta hava yolu ilə pul köçürmələrində Türkiyə vətəndaşlarından da istifadə edib.

Qeyd edək ki, Livan hakimiyyəti bu yaxınlarda Beyrut hava limanında İranın nümayəndələrini daşıyan təyyarənin yükünü yoxlayıb. 

Məlumatlara görə, bəzi diplomatlar baqajlarını yoxlamaq üçün təhvil verməkdən imtina ediblər. Sonradan bu çamadanlarda nağd pul olduğu təsdiqlənib.

visiontv.az



Seçilən
10
visiontv.az

1Mənbələr