İrəvan Ağsaqqallar Şurasının növbədənkənar iclasında ictimai nəqliyyatın qiymətlərinin müzakirəsi zamanı kütləvi dava düşüb. Bu barədə Ermənistan KİV-ləri xəbər verir.
“Ara, bu sənsən, ara” ifadəsi ilə başlayan mübahisə daha da böyüyərək əlbəyaxa davaya çevrilib və Ermənistan paytaxtının meri Tiqran Avinyan polisə zəng vurmağa məcbur olub.
Lakin hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra da ehtiraslar səngiməyib. Avinyan dava iştirakçılarının zalı tərk etməsini tələb edib, “Ana Ermənistan” müxalifət fraksiyasının nümayəndəsi Samvel Akopyanı iclasda iştirak etmək hüququndan məhrum edib.
Ülviyyə, Hurriyyet.az