AZ

İrəvanın mərkəzində “Qarabağ” mahnısını oxuyanların kimliyi bilindi: Adlar açıqlandı

Ermənistan Milli Təhlükəsizlik Xidməti cümə axşamı İrəvanın mərkəzində bir qrup şəxsin Azərbaycan dilində “Qarabağ” mahnısını oxuduğu videoya münasibət bildirib.

Publika.az xəbər verir ki, təhlükəsizlik qurumu bu şəxslərin şəxsiyyətini müəyyənləşdirib. Onlar İran vətəndaşları - Milad Kaqramaniafşar, Behzad Qafari, Mehdi Məhəmmədi, Hamed Azizi Maleki və Nader Qafridir.

"Videoda çəkilən şəxslər İran İslam Respublikasının vətəndaşlarıdır. Onlar dekabrın 30-dan yanvarın 3-dək Ermənistanda olublar", - MTN bildirib.

Xüsusi xidmət orqanları insanları həqiqətə uyğun olmayan və yoxlanılmamış məlumat və şərhləri dərc etməkdən çəkinməyə çağırıb.

Seçilən
31
publika.az

1Mənbələr