AZ

Anna Akopyan Nikola görə çətin anlar yaşadı- VİDEO

Ermənistan baş nazirinin həyat yoldaşı İrəvanda, qondarma “erməni soyqırımı” abidəsinin qarşısında pis duruma düşüb.

Bu barədə erməni mediasına istinadən bildirilir. Anna Akopyanı görən ətrafdakı şəxslər “Nikol qatildir”, “Nikol türkdür”, “Türksüz Ermənistan” şüarları ilə qarşılanıb.

Akopyan bir neçə dəqiqə əvvəl kiçik qızı ilə və mühafizə dəstəsinin müşayiəti ilə xatirə abidəsinin qarşısına gəlib.

O, yalnız polisin müdaxiləsindən sonra əbədi məşəl önünə gül qoya bilib.

Kadrlardan görünür ki, mühafizəçinin ərazidən getmək təklifindən imtina edib və yalnız saxta abidə qarşısına gül qoyduqdan sonra oranı tərk edib.

Mənbə: musavat.com

Seçilən
47
1
musavat.com

2Mənbələr