“Apple”in baş direktoru Tim Kuk dünən keçirilən rüblük maliyyə qiymətləndirmə toplantısında şirkətin dünya üzrə aktiv cihazlarının sayını açıqlayıb.
İndex.az xəbər verir ki, bu rəqəmi sonuncu dəfə 2022-ci ildə paylaşan və 1,8 milyard aktiv cihazı olan “Apple”, son bir neçə ildə 550 milyon daha çox cihaz sataraq dünya üzrə 2,35 milyard aktiv cihaza çatıb.
Təbii ki, “iPhone”lar bunun əhəmiyyətli bir hissəsini təşkil etsə də, “AirPods” və “MacBook” kimi məhsulların da əhəmiyyətli paya sahib olduğunu söyləmək olar. Aşağıdakı şəkildə gördüyünüz kimi “iPhone” satışları şirkətin ümumi gəlirinin 50-60%-ni təşkil edir.