Tramp Misir və İsrail istisna olmaqla, ABŞ-ın bütün beynəlxalq yardımını dayandırmaq haqqında fərman imzalamışdı.
Sonra demokratların nəzarətində olan ştatların prokurorları və insan hüquqları təşkilatları bu fərmanı Konstitusiyaya zidd hesab edərək məhkəməyə müraciət ediblər. Onlar iddia edirdilər ki, Tramp məhz(!!!) Konqres tərəfindən ayrılmış yardımı dondurub. Halbuki Konqresin ayırdığı yardımlar ancaq və ancaq Konqres tərəfindən ləğv və ya dondurula bilər.
Məhkəmə bu iddianı təmin edib və yardımın bərpa olunmalı olduğunu bildirib.
Bundan sonra Tramp administrasiyası həmin fərmanı ləğv etdiyini elan edib. Həm ABŞ, həm dünya mətbuatında bu hadisəni sevinclə qarşılayanların sayı çox oldu, amma sevinmək üçün hələ tezdir. Niyə?
Tramp fərmanı yalnız ona görə ləğv edib ki, məhkəmə, hakiminin yardımın bərpası ilə bağlı qərarını dəyişmək imkanı olsun, yəni qərarı ləğv etmək üçün. Hakim isə, təbii ki, qərarını dəyişməyəcək, ləğv etməyəcək. Bundan sonra, Tramp bu qərarın ləğvi üçün daha yüksək instansiyalı məhkəməyə müraciət etmək fikrindədir, son instansiya olaraq söhbət ABŞ Ali Məhkəməsindən gedir.
Trampın əsas məqsədi və hədəfi Nikson dövründən qüvvədə olan qanunun ləğvinə nail olmaqdır. Həmin qanuna əsasən, prezident Konqres tərəfindən ayrılmış vəsaitlər üzərində sərəncam vermək hüququna malik deyil.
Əgər Tramp Ali Məhkəmədə qalib gələrsə, o zaman nəzəri cəhətdən Prezident Konqres tərəfindən istənilən ölkəyə ayrılan istənilən hərbi yardımı dondura bilər. Bu, gələcəkdə Ukrayna aid ola bilər. Məsələn, əgər 2026-cı ildə respublikaçılar Konqresi itirsələr və Konqres yenidən Ukraynaya böyük hərbi yardımlar ayırmağa başlasa, Tramp onu dayandıra biləcək.
Kamran Cəfərov
visiontv.az