AZ

Zilbil atmaq adı ilə həbsxanadan QAÇDI – Hazırda AXTARILIR

İtaliyada məhkum zibil atmağa çıxaraq qaçıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, o, Avropa hüquq-mühafizə orqanları tərəfindən axtarılır.

Kriminal dairələrdə Axill ləqəbi ilə tanınan 44 yaşlı alban Ksevdet Plaku İtaliyanın Akora əyalətindəki Barkalone həbsxanasında cəza çəkib.

Məhkum insan ölümünə səbəb olmaqda təqsirli bilinsə də, narkotik alveri ilə məşğul olsa da, vəkillərin işi və yaxşı davranışı sayəsində ona müəyyən qədər güzəşt edilib.

Plaku zibil çıxarmaq üçün həbsxana ərazisindən çıxmasına icazə verilirdi. Yanvarın 24-ü səhər saat səkkizin yarısında o, yenidən tullantı torbası ilə darvazadan çıxaraq gözdən itib. Plakunun yoxa çıxması yalnız saat 11-də aparılan yoxlama zamanı müəyyən edilib.

Polis həbsxananın ətrafında axtarış aparıb, daha sonra axtarış ərazisini rayon sərhədlərinə qədər genişləndirib. Lakin o, hələ də tapılmayıb.

Onun zaminə buraxılması ilə bağlı məhkəmə fevral ayına təyin edilmişdi, ona görə də müstəntiqlərə onun qaçma səbəbləri aydın deyil.

Seçilən
15
medianews.az

1Mənbələr