Türkiyədə dolların sürətli yüksəlişi davam edir.
Yenisabah.az xəbər verir ki, valyuta həftənin son iş gününə 35,86 TL səviyyəsindən başlayaraq sürətli artım nümayiş etdirib. Bu arada, Türkiyə Mərkəzi Bankının (TCMB) ehtiyatları 24 yanvar həftəsində əvvəlki həftəyə nisbətən 4 milyard 257 milyon dollar artaraq 167 milyard 560 milyon dollara çatıb.
İqtisadçılar bazar ertəsi açıqlanacaq yanvar ayı inflyasiya rəqəmlərinin 4,29% artım göstərəcəyini təxmin edirlər. Proqnozların yüksək inflyasiyaya işarə etdiyi bildirilir.
Bundan əlavə, bu gün xarici ticarət göstəriciləri açıqlanacaq. Eyni zamanda, ABŞ-da Donald Trampın siyasətlərinin qlobal bazarlara təsiri də diqqətlə izlənilir.
Aytac Şahin
Telegram kanalımız