AZ

Ev sahibləri və kirayədə qalanlara PİS XƏBƏR: Buna görə pul ödəyəcəksiniz

Türkiyədə milyonlarla ev sahibi və kirayəçini maraqlandıran yeni qanunvericilik dəyişikliyi qüvvəyə minir. Artıq kirayə müqavilələri e-Devlet (Elektron Dövlət) platforması vasitəsilə rəsmiləşdiriləcək və bu prosesdə emlak məsləhətçilərinin rolu artırılacaq. Yeni sistem kirayəçilər və ev sahibləri üçün əlavə xərc yaradacaq.Əsas Dəyişikliklər:E-kirayə müqaviləsi – Kirayə müqavilələrinin e-Devlet üzərindən rəsmiləşdirilməsi məcburi olmasa da, gələcəkdə məcburiləşdirilə bilər.Əmlak məsləhətçiləri yetkiləndiriləcək – Yeni sistemdə emlak məsləhətçiləri müqavilələrin hazırlanması və təsdiqi üçün rəsmi olaraq səlahiyyət verilmiş şəxslər olacaq.Əlavə ödəniş tələb olunacaq – Kirayəçi və ev sahibi müqaviləni emlak məsləhətçisi vasitəsilə hazırlayarsa, əlavə xidmət haqqı ödəməli olacaq.Sistemin Məqsədi və GələcəyiBu yenilik kirayə prosesini şəffaflaşdırmaq, saxta müqavilələrin və vergidən yayınma hallarının qarşısını almaq məqsədilə həyata keçirilir. Emlak sektoru təmsilçiləri isə sistemin məcburi olması üçün çağırış edirlər. Onların fikrincə, bu, həm ev sahibləri, həm də kirayəçilər üçün daha təhlükəsiz və nəzarət olunan mühit yaradacaq.Siz bu yeniliyi necə qiymətləndirirsiniz? Kirayə bazarında bu dəyişikliklər hansı təsirləri yarada bilər? Vüsal Orucov

Seçilən
32
bakuinfo.net

1Mənbələr