Suriyanın keçid dövrü prezidenti kimi vətəndaşlara ilk müraciətində Əhməd əl-Şaraa ölkənin bütün ərazilərini nəzarətə götürəcəyini vəd edib...
Poliqon xəbər verir ki, onun sözlərini Al Watan yayımlayıb.
"Qarşıdakı dövrdə biz Suriyanın ərazi bütövlüyünün bərpa prosesini tamamlamaq da daxil olmaqla, bir sıra prioritet vəzifələrin həllinə diqqət yetirəcəyik", deyə əl-Şara vurğulayıb.
Yanvarın 23-də əl-Şara bəyan edib ki, Suriyanın yeni hakimiyyət orqanları indi İsraillə döyüşmək niyyətində deyil, lakin onların ərazisində Təl-Əviv qoşunlarının olmasını qəbuledilməz hesab edir.
Dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri Dəməşqi ələ keçirərək noyabrın 27-də başlayan sürətli hücuma son qoyublar. Hücumda ABŞ və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu iştirak edib. Rusiya və İran Bəşər Əsədin hökumət qüvvələrini dəstəkləyib.
Dekabrın 8-də Suriya ordusu komandanlığı Əsədin hakimiyyətinin bitdiyini elan edib. Əsəd Rusiyaya qaçıb və sığınacaq alıb.
Poliqon.info