AZ

İrəvan yenə siyasi təlxəklik edir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın“sadələşdirilmiş tranzit prosedurları” ilə bağlı bəyanatı 2020-ciilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasındaimzalanmış üçtərəfli bəyanatın açıq-aşkar sabotajından başqa birşey deyil. İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdənnövbəti dəfə yayındığını nümayiş etdirir və Zəngəzur dəhlizininreal işə salınması əvəzinə, əldə edilmiş razılaşmaların mahiyyətinəzidd olan saxta, absurd "alternativ"lər irəli sürür.

Rəsmi İrəvan manipulyasiyalara və faktların təhrif edilməsitaktikasına əl ataraq üçtərəfli bəyanatın 9-cu bəndinin mənasınıdəyişdirməyə çalışır. Halbuki həmin bənddə açıq şəkildə qeyd olunurki, tranzit hərəkəti heç bir sərhəd və gömrük nəzarəti olmadan,maneəsiz həyata keçirilməlidir. Bunun əksinə olaraq, İrəvan indi dəəsassız bürokratik sxemlər uyduraraq, tranzitə nəzarəti əlindəsaxlamağa və süni məhdudiyyətlər qoymağa çalışır.

Bu siyasət təkcə Ermənistanın öhdəliklərini yerinə yetirməkistəmədiyini deyil, eyni zamanda onun etibarsız vəqeyri-konstruktiv tərəfdaş olduğunu göstərir. İrəvan Zəngəzurdəhlizinin açılmasını bilərəkdən sabotaj edir, regionda yenigərginlik ocaqları yaratmağa və strateji kommunikasiyalarınəzarətdə saxlamağa cəhd edir. Bu isə təkcə Azərbaycanın deyil,bütövlükdə regional sabitliyin əleyhinə yönəlmiş təhlükəli biroyundur.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ümumiyyətlə,erməni diplomatiyası siyasi klounada, həqiqətləri təhrif etməkləməşğuldur. O, bu manipulyasiyanı “konstruktiv yanaşma” kimi təqdimetməyə çalışsa da, bu, sadəcə növbəti siyasi hiylədir. Zəngəzurdəhlizinin tam açılmasına dair Azərbaycanın konkret tələbinə qarşı“sadələşdirilmiş tranzit prosedurları”nın irəli sürülməsi açıqşəkildə prosesin ləngidilməsinə yönəlmiş növbəti hiyləgər addımdır.Amma bu taktika uğur qazana bilməyəcək.

Azərbaycan heç vaxt zəif mövqedən danışıqlar aparmayıb və indidə aparmır. Bakı güzəşt yox, konkret öhdəliklərin icrasını tələbedir. 2020-ci ilin noyabrında imzalanmış sənəddə “maneəsiz keçid”ifadəsi açıq şəkildə təsbit edilib və heç bir “alternativ yanaşma”bu prinsipin dəyişdirilməsinə əsas vermir. İrəvanın irəli sürdüyü“sadələşdirilmiş prosedurlar” və digər yarımçıq mexanizmlər Bakınınbirmənalı və prinsipial tələbinin əvəzi ola bilməz: Zəngəzurdəhlizi tam açılmalı, burada heç bir nəzarət və məhdudiyyətolmamalıdır!

Erməni diplomatiyası yenidən eyni köhnə oyununu oynamağa çalışır- razılaşmanın icrasını sabotaj etmək, onun məzmununu öz xeyrinəyenidən şərh etmək və beynəlxalq auditoriyaya əsassız konsepsiyalartəqdim etməklə manipulyasiya etmək.

İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmaqüçün müxtəlif bəhanələrə əl atır. İndi isə, Azərbaycan prosesiyenidən gündəmə gətirdiyi halda, Ermənistan “konstruktiv yanaşma”və “qarşılıqlı fayda” haqqında cəfəng ritorikasını davametdirir.

Yaşananlar sadəcə Qərbi aldatmaq məqsədi daşıyan bir teatrtamaşasıdır - Bakını isə bu oyunlarla aldatmaq mümkün deyil.

Azərbaycanın mövqeyi qəti və dəyişməzdir.

Ölkə Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuşmüşavirə çıxışında deyib: "Zəngəzur dəhlizi layihəsi Azərbaycantərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəkiZəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalqleksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbuledilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz budəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistantərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktivmövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasındansonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Oradaaçıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onunayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasındanəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir,müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfənglayihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətinfikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Yəqin ki,siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsiniortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bulayihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihəninAzərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrləErmənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgərsiz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilknövbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcəolaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir,beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyüöhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhətgörərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun vəorada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm,onların dırnaqarası layihəsi Azərbaycansız tamamiləəhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar,beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə dəAzərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyalarınaparılmasına rəvac veriblər".

Dövlət başçısının sözlərinə görə, Ermənistan bundan sonra dadalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilməarzuları elə onların gözlərində qalacaq: " Özləri daha çoxitirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzindəolacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəflitəmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki,Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç biryoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən AzərbaycandanAzərbaycana rahat və azad keçid olmalıdır. Yenə də deyirəm, bizimErmənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinəgötürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycanamaneəsiz keçid verməlidir"

Prezident İlham Əliyev açıq şəkildə bildirib: “Həm beynəlxalqmüstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daimbir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsizkeçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə iləüzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçidolmalıdır”.

Bütün məsələ də elə bundadır. Erməni hiylələri, “detallarınmüzakirəsi” cəhdləri, keçidin hansı formatda “sadələşdiriləbiləcəyi” barədə spekulyasiyalar - bunların hamısı prosesiləngitmək üçün uydurulmuş açıq sabotajdır. Azərbaycan heç birgüzəştə getmək niyyətində deyil, çünki üçtərəfli bəyanatınmahiyyəti heç bir güzəşti nəzərdə tutmur - o, tam həcmdə icraolunmalıdır.

Bu vaxt ərzində Ermənistan diplomatik absurd teatrını davametdirərkən, Azərbaycan alternativ marşrutu gerçəyə çevirir.

Ermənistanın baş naziri Nikol Paşinyan və komandası artıq dərketməlidir ki, Azərbaycan İran üzərindən yeni nəqliyyat dəhliziyaradır. Bu, artıq perspektiv deyil - bu, gerçəklikdir. Araz çayıüzərindən Azərbaycanı İran və Naxçıvanla birləşdirən körpününtikintisi yekunlaşmaq üzrədir. Bakı və Tehran arasında konkretmüqavilələr imzalanıb. İrəvandan fərqli olaraq, İran üzərinəgötürdüyü öhdəlikləri yerinə yetirir, çünki anlayır ki, bu marşrutonun iqtisadi maraqlarına tam uyğundur.

Əgər Azərbaycanın bu alternativ yolu olacaqsa, onda Ermənistanladanışıqlar aparmağın nə mənası var? “Sadələşdirilmiş tranzitprosedurlarını” müzakirə etməyə ehtiyac varmı, məgər müstəqil,maneəsiz bir yol artıq ortadadır? Cavab açıq-aşkardır: heç birmənası yoxdur!

Bir zamanlar özünü “regional nəqliyyat mərkəzi” kimi təqdimetmək istəyən Ermənistan, bu məqsədə çatmaq üçün tələb olunan ənəsas addımı - Zəngəzur dəhlizinin açılmasını bloklayaraq özünügeosiyasi dalana sürükləyir. Cənubi Qafqazın iqtisadi proseslərinəinteqrasiya üçün tarixi şansı əldən verən Ermənistan beynəlxalqnəqliyyat dəhlizlərinin kənarında qalır. Bu, onun özünün seçdiyiyoldur və bu yolda təkcə Ermənistanın günahı var.

Bu gün Ermənistanın qarşısında sadə bir seçim dayanır: ya o,üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Zəngəzur dəhlizinimaneəsiz açır, ya da nəqliyyat dalanında qalır. Dünya ermənidiplomatiyasının saxta arqumentlərini sonsuza qədər dinləməkniyyətində deyil. Əgər İrəvan regionun nəqliyyat sisteminə qoşulmaqistəyirsə, Bakıya da eyni şərtləri təqdim etməlidir.

Azərbaycan qalib ölkədir, ərazi bütövlüyünü bərpa etmişdövlətdir. Və regionun yeni reallıqlarını formalaşdıran bir gückimi, erməni revanşizminin manipulyasiya cəhdlərinə göz yummayacaq.Zəngəzur dəhlizi açılacaq - Ermənistanla və ya Ermənistanolmadan.

Seçim İrəvanındır.

Və bu seçim sonsuza qədər açıq deyil.

Seçilən
44
50
az.trend.az

10Mənbələr