AZ

Gabbard Edvard Snoudeni cinayətkar hesab edir

Gabbard

Milli Kəşfiyyat İdarəsinin rəhbəri postuna namizəd Tulsi Gabbard ABŞ Senatının Kəşfiyyat Komitəsinin iclasında keçmiş Milli Təhlükəsizlik Agentliyi (NSA) əməkdaşı Edvard Snoudeni cinayətkar hesab etdiyini bildirib.“Ulusum”.az xarici mətbuata istinadən xəbər verir ki, Gabbard senatordan "Snoudeni cəsur hesab edib-etmədiyi" ilə bağlı sualına cavab olaraq, "Edvard Snouden qanunu pozub. Mən onun açıqladığı məlumatları və bunu etmə üsulunu dəstəkləmirəm" deyib.Senatorun biri qeyd edib ki, Milli Kəşfiyyat İdarəsinin rəhbəri postuna namizəd olmadan əvvəl Gabbard Snoudeni "cəsur məlumat verən şəxs" adlandırmış və onun üzərindən ittihamların götürülməsi tərəfdarı olmuşdu.Senatda Gabbard, Snoudenin işində baş vermiş məlumat sızmasının təkrarlanmaması üçün söz verib.Snoudenin işi barədə danışarkən, o, Snoudenin narahat edən gizli məlumatları mediaya vermək yerinə, bu narahatlıqları ABŞ kəşfiyyat icmasının müxtəlif strukturları ilə paylaşmasının daha doğru olacağını təklif edib.2013-cü ildə Snouden, ABŞ xüsusi xidmət orqanlarının dünya üzrə izləmə proqramları barədə məlumatları mediaya ötürüb. Bu məlumatlar geniş rezonans doğurub. ABŞ-da ona casusluq və dövlət mülkiyyətinin oğurlanması ittihamları irəli sürülüb. Snouden əvvəlcə ABŞ-dan Honkonqa, sonra isə Rusiyaya qaçıb.Səidə

Diqqət Çəkənlər

ABŞ-da təyyarə qəzası zamanı dispetçerlərin danışıqları dərc edilib

HAMAS Qırmızı Xaçın əməkdaşlarına daha yeddi girov təhvil verib

Ayrılıq özü də dərs olur hərdən

Seçilən
1
ulusum.az

1Mənbələr