AZ

Pezeşkian türklərə qarşı təhqirlərdən danışdı: “Qəbuledilməzdir”

İran prezidenti Məsud Pezeşkian Təbrizin “Traktor” və Tehranın“Persopolis” futbol komandaları arasında keçirilən oyununda baş verənlərə münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, bu barədə “Tabnak” məlumat yayıb.

“Tehranın Azadi stadionunda baş verənlər, təhqiramiz şüarlar anlaşılan deyil və qəbuledilməzdir”,- deyə Pezeşkian bildirib.

Azərbaycan dilində çıxışı zamanı, Pezeşkian, qeyd edib:


"Bu kimi hallara qarşı sərt tədbir görülməsə, daha şiddətli hadisələr baş verə bilər".


İran prezidenti məsələnin araşdırılması və tədbir görülməsi məsələsini nazirlə müzakirə edəcəyini və hadisənin səbəbkarlarının müəyyən edilməsi üçün ona tapışırıq verəcəyini söyləyib. Habelə Futbol Federasiyasının İntizam Komitəsinin səbəbkarlara qarşı ciddi reaksiya verməsinin vacibliyini vurğulayıb.



Xəbər 3 dəfə oxunub.
Seçilən
30
9
xezernews.az

10Mənbələr