AZ

BMT-nin Bakı ofisi COP29 sədrliyinin təşəbbüslərinin həyata keçirilməsinə dəstək olmaq fürsətini səbirsizliklə gözləyir

Bakı. Trend:

BMT-nin Azərbaycandakı ofisi COP29 sədrliyinin təşəbbüslərininhəyata keçirilməsinə dəstək olmaq fürsətini səbirsizlikləgözləyir.

Trend xəbərverir ki, bunu BMT-nin Azərbaycandakı daimirezident-əlaqələndiricisi Vladanka Andreyeva Bakıda BMT vəAzərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq(2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində “Yüksək səviyyəlistrateji prioritetləşdirmə” mövzusunda keçirlən tədbirdə çıxışındabildirib.

“Son illər biz Azərbaycanın bir sıra çoxtərəfli məsələlərinhəllində, o cümlədən iqlim böhranı ilə mübarizədə - xüsusilə COP29sədri olaraq - təkcə milli səviyyədə deyil, həm də regional vəqlobal səviyyələrdə öz rolunu möhkəmləndirməsinin şahidi olmuşuq.BMT-nin Azərbaycandakı komandası ötən il COP29 sədrliyi ilə sıxəməkdaşılıq şəraitində işləməkdən böyük şərəf hissi duyub. COP29-unrazılaşdırılmış nəticələri ilə yanaşı, prezidentin 14 təşəbbüsüiqlim dəyişikliyi ilə mübarizədə həm qlobal, həm də regionalsəviyyələrdə önəmli bir mirasdır. Bu kontekstdə BMT-ninAzərbaycandakı ofisi sədrliyin bu təşəbbüsləriningerçəkləşdirilməsinə dəstək olmaq və iqlim dəyişikliyi iləmübarizədə BMT dəstəyinin miqyasını genişləndirməyə kömək etməkfürsətini səbirsizliklə gözləyir”,- deyə o bildirib.

Seçilən
17
17
az.trend.az

10Mənbələr