Fransa ilə hərbi əməkdaşlığın gələcək illərdə genişlənməsi ilə Ermənistan bütün sahələrdə bu ölkədən güclü şəkildə asılı olacaq.
“Report” xəbər verir ki, bunu Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun keçmiş baş elmi işçisi Robert M. Katler "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" adlı konfransda çıxışı zamanı bildirib.