2024-cü il ərzində Azərbaycanın Xorvatiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 47,6 faiz artaraq 878,7 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Xorvatiyaya ixrac: 873,4 milyon dollar (+47,9 faiz)
Xorvatiyadan Azərbaycana idxal: 5,3 milyon dollar (+11 faiz)
2024-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Xorvatiya ilə ticarətin payı 1,84 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,68 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi