Məşhur türkiyəli aktyor Sezai Altekin vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TRT Haber məlumat yayıb.
Bildirilib ki, o 79 yaşında dünyasını dəyişib.
Unudulmaz cizgi filmi personajları "Şirin Baba", "Bugs Bunny" və "Barni Moloztaş"a öz səsi ilə həyat verən Altekin 50 teatr tamaşasında, 6 filmdə, 20-yə yaxın serialda rol alıb.