AZ

Bu ölkədə miqrantlara taksi sürmək qadağan EDİLDİ

Tatarıstanda 2025-ci ilin sonuna qədər xarici vətəndaşların taksi və təhlükəsizlik sahəsində işləmək imkanları məhdud olacaq.

XəzərNnews.az xəbər verir ki, bu qadağanı respublika rəhbəri Rüstəm Minnixanov imzalayıb.

Sənəddə deyilir:

“Müəyyən edilsin ki, 31 dekabr 2025-ci il daxil olmaqla, Tatarıstan Respublikasının ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə patent əsasında əmək fəaliyyəti ilə məşğul olan xarici vətəndaşları aşağıdakı iqtisadi fəaliyyət növlərinə cəlb etmək qadağandır”.

Bu qadağanın tətbiq olunacağı ərazilərin siyahısına aşağıdakılar daxildir:

•malların daşınması,

•taksidə işləmək,

•müəyyən maliyyə xidmətlərinin göstərilməsi,

•sığorta,

•hüquq və mühasibatlıq fəaliyyəti,

•baytarlıq elmi,

•avadanlıqların təmiri və qumar.

Qeyd edək ki, bir il ərzində 2,7 mindən çox qeyri-qanuni miqrant Tatarıstandan qovulub.

Hüseyn
XəzərNews.az


Xəbər 3 dəfə oxunub.
Seçilən
23
xezernews.az

1Mənbələr