Bakını göydələnlər şəhərinə çevirənlər həm də paytaxtın mənzil bazarını əlçatmaz qiymətlərlə fərqləndirməkdədirlər...
Məsələn, Bakının mərkəzində təmirsiz (suvaq vəziyyətində) 1kvm. mənzil sahəsi 1500-2000, bəzi yerlərdə 2-3 min dollar arasında dəyişir...
"Təzadlar"ın Araşdırma Qrupu Qırğızıstandakı vəziyyəti araşdırıb. Ölkənin rəsmi mediasına istinadla bildiririk ki, məsələn, deputat Aibek Altınbekov bu gün Dövlət Tikinti Komitəsinin rəhbəri Nurdan Oruntayevdən 1 kv.m. mənzil sahəsinin bazar qiymətinin nə qədər olduğunu soruşub. Nurdan Oruntayev bildirib ki, 1 kv.m-in satış qiyməti Bişkekdə 900-1100 dollar arasında dəyişir. O bildirib ki, qiymətlər tikintinin sinfinə və növünə görə müəyyən edilir. Oruntayev əlavə edib ki, panel evlərdə bir kvadratmetrin dəyəri daha aşağıdır və bir kvadratmetr üçün 600 dollar təşkil edir. “Mən daşınmaz əmlakın bazar qiyməti barədə isə danışa bilmərəm, bu, yəqin ki, Antiinhisar Xidmətinə aiddir, amma bildiyimiz kimi, bazar qiyməti 1 kv. mənzil sahəsi üçün qiymətlər hələki 1500 dollardan başlayır...".
Qayıdırıq Bakıya. Bakıda axşamlar şəhərdəki göydələnlərə baxanda mənzillərin işığından yaşayışın hansı faizdə olduğunu bilmək olur. Elə binalar var ki, 6-10 ildir tikilib istifadəyə verilib, amma 10-20 faizində yaşayış var. Niyə? Açı mənzil tikintisi əhalinin ehtiyacına görə olmalıdır. Bakının isə Nərimanov, Yasamal, Səbail, Nəsimi rayonlarında köhnə 1, 2 və 5 mərtəbəli eblər sökülərək yerində 20 mərtəbəli evlər tikilirsə, bu o deməkdir ki, yeni tikililər əhalinin ən çoxu 20 faiz ehtiyacını təmin edir. Qalan 80 faiz mənzillər kimə satılır? Görünür, satılmır deyə, hazırda həmin mənzillərdə işıqlar yanmır.
Azərbaycanda isə "Əmlak vergisi haqqında" Qanun var. Həmin qanuna görə, hər bir vətəndaş aldığı mənzilə görə dövlət büdcəsinə əmlak vergisi ödəməlidir. Media olaraq belə bir verginin vəziyyətini, yəni qanunun necə işlədiyini öyrənməyə çalışdıq. Hələki ürəkaçan mənzərənin şahidi deyilik! Araşdırmamız davam edir.
Məsələ ondadır ki, bu qanun tətbiq edilsə, Bakı göydələnlərlə imtahana çəkilməz. Çünki MTK rəhbərləri həmin verginin qorxusundan harda boş yer görən kimi ələ keçirərək bu qədər mənzillər tikməzlər. Məsələn, Hollandiya və İsveçrədə artıq mənzilə sahibliyin olmaması üçün əmlak vergisini 1 mənzil üçün başqa, 2-3 mənzil üçün isə daha yüksək vergi tətbiq edirlər. Yəni, hər kəs ehtiyacı olan qədər mənzilə sahiblənməlidir. Yoxsa, harda gəldi göydələnləri tikib Bakını tıxaca yüklə, sonra da gözlə ki, bu mənzilləri nə vaxtsa, kiməsə satacaqsan?!
A.Məmmədli