"Cevapsız Çınlama", "Sen Olsan Bari", "Nasılsın Aşkta", "Ayrı Gitme", "Başıma Belasın" ve "Yalan" kimi hit mahnıları ilə böyük şöhrət qazanan müğənni Aleyna Tilki paylaşımı ilə diqqət çəkib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, gənc müğənni Aleyna Tilki cəsarətli pozaları və maraqlı açıqlamaları ilə gündəm olub. Hər paylaşımı trend mövzusuna çevrilən məşhur ad, TikTok hesabında etdiyi yeni paylaşımla yeni mahnısını təqdim edib.
Tilki "Bekleyenim" adlı mahnısını tanıtmaq istəsə də, mahnıdan çox pozası diqqət çəkib. Bütün bədənini boz rəngə boyayan Tilkini görənlər məşhur müğənninin çılpaq olduğunu zənn edib.