AZ

Azərbaycan gənclərinin ictimai və iqtisadi inkişafda rolu nə dərəcədə önəmlidir? - QHT sədrindən AÇIQLAMA

Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud, Azərbaycan gənclərinin ölkə həyatında və inkişafında vacib bir rol oynadığını bildirib. O, Azərbaycanın demoqrafik və sosioloji göstəricilərinə istinad edərək, gənclərin əhalinin ən böyük hissəsini təşkil etdiyini qeyd edib.

QHT sədri qanunvericiliyə görə 14-29 yaş arasındakı gənclərin, həmçinin 29-35 yaş arasındakı gənc ailələrin sosial, ictimai, siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə mühüm paya sahib olduğunu vurğulayıb. Gənclərin hər zaman dinamizm, coşqu, inkişaf və innovasiyanın nümayəndəsi olduqlarını bildirən DANİB sədri, Azərbaycanda bu xüsusiyyətlərin cəmiyyətin müxtəlif sahələrində özünü göstərdiyini qeyd edib:

"Cəmi dörd il yarım əvvəl baş vermiş, Azərbaycan xalqının müasir tarixində və mən əminəm ki, gələcək tarixində də birmənalı iz buraxan, daim qalacaq Vətən müharibəsidir. Vətən müharibəsində, yeddidən yetmişə, sosial, dini konfesional, milli və etnik göstəricisindən asılı olmayaraq, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan xalqı toparlanaraq Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi və böyük qələbəni əldə etdi. Və orada da biz həm döyüşçülərin, həm də eyni zamanda ruhları qarşısında baş əydiyimiz Şəhidlərimizin sırasında da görürük ki, çox önəmli bir yeri Azərbaycan gəncləri tutur. Cənab Prezidentin dediyi kimi, Azərbaycan son 20-30 ildə elə bir vətənpərvər gənclik yetişdirdi ki, Azərbaycan dövləti, o gənclik heç zaman üzünü görmədiyi torpaqların düşmən işğalından azad olunması üçün ömrünü fəda etdi. Bu cəhətdən biz birmənalı şəkildə deyə bilərik ki, həm torpaqlarımızın işğaldan azad olunmasında, tarixi zəfərin qazanılmasında, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldilməsində, eyni zamanda işğaldan azad olunan ərazilərin yenidən qurulmasında, həm də dövlət idarəçiliyinin müxtəlif seqmentlərində yerli öz idarəetmə orqanlarından yerli icra hakimiyyətinə, mərkəzi icra qurumlarına qədər, özəl sektora qədər, vətəndaş cəmiyyətinə qədər və eyni zamanda digər sahələrdə Azərbaycan gəncləri son dərəcə mütərəqqi və önəmli rol oynayırlar və onlar hər zaman pozitiv, kreativ çağırışları ilə Azərbaycan cəmiyyətinin inkişafının bir növ motorikasını həyata keçirirlər". 

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
20
qht.az

1Mənbələr