AZ

Güclü və kəskin qoxusu təbiiliyindən xəbər verir - Müalicəvi xüsusiyyəti ilə məşhurdur

Güclü və kəskin qoxusu təbiiliyindən xəbər verir -

Qara zirə yağı qış aylarında immuniteti gücləndirmək üçün geniş istifadə olunur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, xüsusilə qrip və soyuqdəymədən qorunmaq istəyənlər bu yağa böyük maraq göstərirlər.

Qara zirə yağı istehsal edən satıcılar satışların qışda artdığını bildirib. Qara zirə yağı güclü və kəskin qoxusu ilə tanınır və təbii müalicə vasitəsi hesab edilir.

Bildirilir ki, yağın dadı nə qədər acıdırsa, bir o qədər faydalıdır. Müştərilər qara zirə toxumlarının mağazada onların gözü qarşısında xırdalanmasını izləməyi sevirlər.

Bu yağın tərkibindəki antioksidantlar immun sistemini gücləndirir və bədəni infeksiyalardan qoruyur.

Xalq arasında “təbii vitamin” adlandırılan bu məhsul sağlamlığa faydaları ilə diqqət çəkir.

Qara zirə yağı təkcə immunitet üçün deyil, həzm sistemini də dəstəkləmək üçün istifadə edilir. Onun müntəzəm istehlakı bədən müqavimətini artırmağa kömək edir.

Qış aylarında təbii vasitələrə üstünlük verənlər üçün qara zirə yağı ən çox seçilən məhsullardan biridir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
26
e-saglam.az

1Mənbələr