Bakı,TurkicWorld
Qazaxıstanın Almatı şəhərində Türkmənistan, Qazaxıstan, Rusiya və İranın dəmir yolu şirkətlərinin nümayəndələrinin görüşü keçirilib, tərəflər Şimal-Cənub marşrutu üzrə yükdaşımaların həcminin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
TurkicWorld xəbər verir ki, müzakirə zamanı Qazaxıstan ərazisindəki Boşaşak sərhəd stansiyasından yükdaşımaların nəticələri ümumiləşdirilib. 2024-cü ildə bu istiqamətdə yükdaşımaların həcmi 1,6 milyon ton yük təşkil edib.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin cəlbediciliyinin artırılması ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib. Görüşdə Rusiya, Qazaxıstan, Türkmənistan və İranın Bəndər Abbas limanına daşınma üçün əlverişli qiymət şərtləri müzakirə edilib.
Görüşün yekunları üzrə tərəflər bu marşrut üzrə yükdaşımaların həcmini artırmağa və qarşılıqlı əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bildiriblər.
Görüşün sonunda əldə olunmuş razılaşmalara dair bəyənnamə imzalanıb.