AZ

Ermənistan İrəvan xanlığına çevriləcək - Tarasov

Ermənistan Qərblə eyni siyasi kursu davam etdirsə, Moskva buna uzun müddət dözməyəcək.

Ölkə.Az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına müsahibəsində deyib.

"İrəvan Moskva ilə müttəfiqlik münasibətlərinə son verərsə, o zaman Azərbaycanın ehtiyat variantı olan Qərbi Azərbaycan layihəsi işə düşəcək. Ermənistan sadəcə olaraq İrəvan xanlığına çevriləcək” , -Tarasov qeyd edib.

Stanislav Tarasov qeyd edib ki, Ermənistan KTMT-də iştirakını dondursa da, Aİ üzvlüyünü qəbul etsə də, ABŞ ilə strateji əməkdaşlıq sənədi imzalasa da, Moskva münasibətləri kəsmir. "Lakin bəzi hallarda hava qapısını bağlaya bilərik. Amma Ermənistan hakimiyyətinin ambisiyaları erməni xalqını məhv edə bilər". 

Mürtəza
Ölkə.Az

Seçilən
10
olke.az

1Mənbələr