Ermənistan meriyasında dava düşüb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, İrəvan Ağsaqqallar Şurasının iclasında müxalifət nümayəndələrinin iştirakı ilə əlbəyaxa baş verib.
Məlumata görə, davaya tariflər məsələsi səbəb olub.
"İrəvanda ictimai nəqliyyatın qiymətlərinin müzakirəsi iclas zalında kütləvi dava ilə nəticələnib. İrəvan meri Tiqran Avinyan polis çağırmağa məcbur olub. Lakin hətta polisin müdaxiləsi də dava iştirakçılarını sakitləşdirməyib. Avinyan dava iştirakçılarını iclas zalını tərk etməyə çağırıb və “Ana Ermənistan” müxalifət fraksiyasının nümayəndəsi Samvel Akopyanı görüşdə iştirak etmək imkanından məhrum edib” - məlumatda bildirilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta