AZ

Futzal: Azərbaycan millisi Xorvatiya yığmasına qarşı

Bu gün futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının (AÇ-2026) seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Arena.az xəbər verir ki, yığmamız qitə birinciliyinin əsas mərhələsi çərçivəsində ikinci matçına çıxacaq.

5-ci qrupda yer alan millimiz Xorvatiya yığması ilə qarşılaşacaq. Matç Pula şəhərində yerləşən Mate Parlov İdman Mərkəzində baş tutacaq. Görüşə Bakı vaxtı ilə saat 22:15-də start veriləcək.

Xatırladaq ki, millimiz bu qrupdakı ilk oyununu Bakıda İsveç yığmasına qarşı keçirib. Həmin oyunda qalib müəyyənləşməyib – 3:3. Xorvatiya millisi isə ilk oyununu məhz yığmamıza qarşı keçirəcək.

AÇ-2026-nın əsas seçmə mərhələsi
5-ci qrup
31 yanvar

22:15. Xorvatiya – Azərbaycan
Hakimlər: Viktor Buqenko (Moldova), Qriqori Oşomkov, Yagnar Yakobson (hər ikisi Estoniya).
Timekeeper: Dino Kramar (Xorvatiya).
Hakim-inspektor: Perri Qautye (Belçika).
UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya).
Mate Parlov İdman Mərkəzi.

Xallar: Yunanıstan – 3. Azərbaycan – 1. İsveç – 1. Xorvatiya – 0.

Seçilən
35
20
arena.az

10Mənbələr