AZ

Meksika Trampın "Amerika Körfəzi"nə qarşı çıxdı: Məktub göndərildi

Meksika prezidenti Klaudiya Şeynbaum texnoloji nəhəng "Google"un ABŞ prezidenti Donald Trampın Meksika körfəzinin adının dəyişdirilməsi ilə bağlı sərəncamına əməl etmək qərarına etiraz edən məktub göndərib.

Publika.az bu barədə CNN-ə istinadən xəbər verir.

Məktubda deyilir ki, Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasına əsasən, bir ölkənin suveren ərazisi sahil zolağından 12 dəniz milindən çox olmayan məsafədə uzandığı üçün ABŞ körfəzin adını qanuni olaraq dəyişdirə bilməz.

Prezident Şeynbaum jurnalistlərə məktubu göstərib. Orada yazılır: “Meksikaya gəldikdə, bizim tam suverenliyimiz haradadır? Sahil zolağından 12 dəniz mili olaraq qurulmuş zonada və bu, bütün dünya ölkələrinə aiddir”.

Şeynbaum əlavə edib ki, biz son nəticədə xahiş etdik ki, axtarış sistemində “Meksika Amerikası”nı axtardığınız zaman əvvəllər təqdim etdiyimiz xəritə görünsün.

Xatırladır ki, 1607-ci il tarixli xəritədə Şimali Amerikanın bəzi hissələri "Meksika Amerikası" kimi qeyd edilib.

Seçilən
32
50
publika.az

10Mənbələr