Bu gün Misli Premyer Liqasının XXI turunun start oyununda “Kəpəz” “Sabah”ı qəbul edəcək.
İdman.biz xəbər verir ki, Tovuzda keçiriləcək qarşılaşma iki komanda arasında 11-ci çempionat dueli olacaq.
Əvvəlki 10 matçda “Sabah”ın böyük üstünlüyü var. Bakı klubu indiyədək rəqibinə uduzmayıb. 7 qələbə qazanan paytaxt təmsilçisi 3 heç-heçə edib.
Top fərqi də bu üstünlüyü əks etdirir – 26-11. “Kəpəz” üçün kabusa çevrilən “Sabah” hər matçda 2 və ya daha çox qol vurub.
09.10.2022 | Sabah - Kəpəz | 5:0 |
14.12.2022 | Kəpəz - Sabah | 2:2 |
04.03.2023 | Sabah - Kəpəz | 2:0 |
05.05.2023 | Kəpəz - Sabah | 0:3 |
24.09.2023 | Sabah - Kəpəz | 2:2 |
03.12.2023 | Kəpəz - Sabah | 0:2 |
17.02.2024 | Sabah - Kəpəz | 3:2 |
21.04.2024 | Kəpəz - Sabah | 1:2 |
31.08.2024 | Kəpəz - Sabah | 2:3 |
09.11.2024 | Sabah - Kəpəz | 2:2 |
Qeyd edək ki, “Kəpəz” – “Sabah” matçı saat 16:00-da başlayacaq.
İdman.biz