İran parlamentindəki Vərziğandan olan nümayəndə Rza Əlizadə təsdiqləyib ki, XanKəndi (Məzrəei Şadi) qızıl mədəninin çinli podratçısı mədən işçilərinin maaşlarını vermir.
“Bu mədən qızıl mədənidir və onun investoru hasilatı həyata keçirən Çin podratçısıdır; Bu mədəndə işləyən və əksəriyyəti Vərzaqan əyalətinin yerliləri olan bir sıra iranlı işçilər aldıqları maaş və müavinətlərə etiraz edərək, Çin podratçısının bəzi müvafiq məsələlərə əməl etmədiyini bildiriblər” - deyə Rza Əlizadə ILNA-ya müsahibəsində bildirib.
Qeyd edək ki, Xankəndi Qızıl Mədəni (Məzrəei Şadi) 2014-cü ildən bəri Çin şirkəti və İran rəsmiləri tərəfindən işlədilən Azərbaycanın Vərziğan şəhərində fəaliyyət göstərən on iki mədəndən biridir.
Süngün Mis Mədəni, Əndirgan Qızıl Mədəni və Xan Kandi Qızıl Mədəni Güney Azərbaycanın Vərziğan mahalında olan zəngin mədənlərdən yalnız bir neçəsidir. İran hökumətinin ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycan xalqı bu mədənlərdən heç bir fayda görmür və xam minerallar farsdilli bölgələrə köçürməklə bu nəhəng Azərbaycan mədənlərindən əldə olunan gəlirlər farsların çoxluq olduğu bölgələrin inkişafı üçün sərf edilir.
visiontv.az