AZ

QHT nümayəndəsi Moldovada təcrübə mübadiləsində iştirak etdi - FOTOLAR

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin nümayəndəsi Nadimə Rəhimli bir sıra digər QHT nümayəndələri ilə birlikdə Moldovada təcrübə mübadiləsində iştirak etdiklərini açıqladı.

QHT.az xəbər verir ki, səfər əlilliyi olan şəxslər sahəsində fəaliyyət göstərən QHT-lərin birgə fəaliyyəti və təcrübə paylaşımı məqsədilə təşkil edilib.

"Təcrübə mübadiləsi zamanı Belç meriyasının rəhbərliyi, müvafiq sahədə fəaliyyət göstərən QHT nümayəndələri ilə görüşlər keçirildi, eyni zamanda QHT-lərin tabeliyində olan sosial müəssisələrin fəaliyyəti ilə tanış olduq. Həmçinin Azərbaycan QHT-ləri fəaliyyətləri ilə bağlı Moldovadan olan həmkarlarına ətraflı məlumat verdilər. Səfər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə həyata keçirilir. Qeyd edim ki, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının üzvüdür".

 

 

Pərvanə Fərhadqızı

Seçilən
18
qht.az

1Mənbələr