AZ

“Microsoft” 200 milyard dollar itirdi

“Microsoft” korporasiyasının rüblük hesabatının dərcindən sonra səhmlərin azalması şirkətin kapitallaşmasını 200 milyard dollar azaldıb.

“İki sahil” "Financial Times"a istinadla xəbər verir ki, səhmlərin 6% azalmasının əsas səbəbi bulud texnologiyaları bölməsinin gözləniləndən daha zəif performans göstərməsi olub.

Microsoft-un Baş Maliyyə Direktoru Amy Hud, şirkətin potensial məhdudiyyətlərinin mənfi təsirinin 2025-ci il ərzində də davam edəcəyini qeyd edib.

Qeyd edək ki, yanvarın 30-da şirkət rüb üzrə maliyyə nəticələrini təqdim edib. Beləliklə, Azure və digər bulud xidmətlərinin ümumi gəlir artımı Visible Alpha-nın 31,8% konsensus proqnozu ilə müqayisədə 31% təşkil edib və xərclər gözləniləndən daha əhəmiyyətli olub - 22,6 milyard dollara qarşı 21 milyard dollar. 

"Microsoft Cloud"un gəliri Bloomberg-in 41,1 milyard dollar proqnozu ilə müqayisədə 21% artaraq 40,9 milyard dollara çatıb.

Seçilən
15
ikisahil.az

1Mənbələr