Xocalı. Trend:
Mən şəhid ailəsiyəm. 1992-ci ildə müharibədə yoldaşım vəqardaşım şəhid olub. Onların sayəsində bu gün doğma yurdumaqayıdıram.
Trend xəbər verir ki, busözləri bu gün Xocalı rayonunun Ballıca kəndinə köçən keçmişməcburi köçkün Südabə Cavadova deyib.
“32 ildən sonra mən vətənə qayıtdığım üçün həm sevinirəm, həmkədərlənirəm. Kədərim buna görədir ki, qardaşım və valideyinlərimyanımda yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizəsağlamlıq arzulayıram. Allah bu günü hamıya qismət eləsin”, - oəlavə edib.