AZ

"Milan"dan ayrılan Fonsekanın yeni iş yeri bilindi - RƏSMİ

"Milan"ın sabiq çalışdırıcısı Paulu Fonsekanın yeni iş yeri bəlli olub.

Fanat.Az xəbər verir ki, sözügedən mütəxəssis Fransanın "Olimpik Lion" komandasına baş məşqçi təyin edilib.

Məlumatı Lion təmsilçisinin mətbuat xidməti yayıb. Fonsekanın müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atdığı bildirilib.

Xatırladaq ki, sözügedən mütəxəssis ötən ilin dekabrında İtaliya nəhəngini tərk etmişdi. O, daha öncə "Aveşe", "Portu", "Braqa", "Pasuş de Ferreyra", "Şaxtyor", "Lill" və "Roma"ya da rəhbərlik edib.

Nihat

Seçilən
24
fanat.az

1Mənbələr