AZ

Ronaldo dünya futbolunda REKORDA İMZA ATDI

Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “Əl-Raed”lə qarşılaşmada (2:1) dünya rekorduna imza atıb. 

News24.az xəbər verir ki, bu barədə “Goal” nəşri yazıb.

Qarşılaşmada qol vuran Ronaldo tarixdə klub səviyyəsində 700 qalibiyyət həddinə çatan ilk futbolçu olub.

Portuqaliyalı futbolçu karyerasında “Sportinq”lə 13, “Mançester Yunayted”lə 214, “Real”la 316, “Yuventus”la 91, “Əl Nəsr”lə 66 matçda qalib gəlib.

Xatırladaq ki, Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından "Əl-Nassr"ın hücumçusu olub. Ölkədə qadın və kişinin nikahdankənar bir dam altında yaşaması qadağan olunsa da, əfsanəvi futbolçuya yer verilib və övladlarının anası ilə birgə yaşamağa icazə verilib.

Futbolçunun komanda ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir. Artıq mediada tərəflərin əmək müqaviləsinin uzadılması ilə bağlı razılığa gəldiyi bildirilib. Yeni müqavilənin şərtlərinə görə, Ronaldo klubun 5%-lik səhminin sahibi olacaq.


Məryəm İlhamqızı

Seçilən
74
24
news24.az

10Mənbələr