AZ

Zaxarovadan Ermənistana xəbərdarlıq

Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə Ermənistandan ixrac 80% azalacaq və itkiləri hətta ortamüddətli perspektivdə alternativ istiqamətlərlə əvəz etmək mümkün olmayacaq.

Herbiand.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“Ermənistan tərəfinin rəsmi statistikasına görə, 2015-ci ildən bəri Ermənistandan ixrac 10 dəfə artıb, 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 3,4 milyard dollara çatıb. Bu, Ermənistan iqtisadiyyatının inkişafı üçün stimuldur”.

Zaxarova bildirib ki, Ermənistan Aİİ-dan çıxacağı təqdirdə məhsulları daha yüksək rüsumlarla üzləşəcək və bütün bunlar ÜDM-in artım tempinin kəskin azalmasına səbəb olacaq.

“Məsələn, hesab edirəm ki, bu, əsas məsələdir, çünki bu, sadəcə olaraq, bu gün qazanc və gəlirə deyil, inkişafa zərbə olacaq. Əgər biz istehsalın miqyasından, Ermənistan əhalisindən danışsaq, bu, sadəcə olaraq, tam yoxsullaşmaya gətirib çıxara bilər”.

Seçilən
15
35
herbiand.az

10Mənbələr