Qazaxıstan millisinin müvəqqəti baş məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.
Komanda 44 yaşlı mütəxəssis Əli Əliyevə tapşırılıb. O, bu vəzifədə yanvarın 27-də istefaya göndərilən Stanislav Çerçesovu əvəzləyib.
Ə.Əliyevin son klubu "Kızılhar" olmuşdu. O, karyerası ərzində Qazaxıstanın gənclərdən ibarət yığmasında baş məşqçinin köməkçisi də işləyib.