Əslən Axısqa türkü olan Əli Əliyev Qazaxıstan milli komandasının müvəqqəti baş məşqçisi təyin edilib.
İdman.biz xəbər verir ki, 44 yaşlı mütəxəssis bu vəzifədə rusiyalı Stanislav Çerçesovu əvəz edib.
Futbolçu kimi 2 oyunda Qazaxıstan millisinin formasını geyinən Əliyevin məşqçi kimi yerli klublarda çalışıb, həmçinin Qazaxıstanın gənclər yığmasında baş məşqçinin köməkçisi də işləyib.
İdman.biz